SƏNƏDLƏR

Prezident İlham Əliyev Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib – SƏRƏNCAM
16 MART
457

Prezident İlham Əliyev Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib – SƏRƏNCAM

2018-03-16 18:55:00

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin:

Talıbov Rza Vasif oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi

Nəbiyev Şahin Hidayət oğlu – Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi.

Dövlət başçısı Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Səfərov Rövşən Elxan oğlu

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Abdullayev Ramil İntizam oğlu

Əhmədov Tural Rüstəm oğlu

Əliyev Pərviz Namiq oğlu

Hüseynova Əfsanə Məzahir qızı

İsayev Əli Arif oğlu

Kazumova Günay Şaiq qızı

Kərimova Zülfiyyə Ənvər qızı

Məmmədov Kənan Əsvər oğlu

Mirzəyev Elvin Əli oğlu

Mikayılov Bağır Mikayıl oğlu

Şirəliyev Kamil Güləli oğlu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273