SƏNƏDLƏR

Azərbaycanda autizm xəstələri üçün dövlət proqramının hazırlanması təklif olunur
22 YANVAR
228

Azərbaycanda autizm xəstələri üçün dövlət proqramının hazırlanması təklif olunur

2018-01-22 15:02:00

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov autizm xəstələri üçün ayrıca dövlət proqramının hazırlanmasını təklif edib.

Fins.az-ın məlumatına görə, Ə.Əmiraslanov bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.

Ə.Əmiraslanov bildirib ki, autizm xəstələrinə tibbi sosial yardımın göstərilməsi vacibdir:

“Belə xəstələrə tibbi-sosial yardıma ehtiyacı olan xəstələrdir. Tərəfdarıyam ki, autizm xəstələri üçün ayrıca bir dövlət proqramı hazırlansın. Dünyada belə xəstələrin sayında artım müşahidə edilir. Biz də bununla bağlı komitədə dinləmələr keçirməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273