SƏNƏDLƏR

İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər
22 YANVAR
339

İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər

2018-01-22 12:47:00

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.

Fins.az-ın xəbərinə görə, M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir.

O qeyd edib ki, müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255