SƏNƏDLƏR

Torpaq Məcəlləsinə dəyişiklik edilir
15 DEKABR 2017
522

Torpaq Məcəlləsinə dəyişiklik edilir

2017-12-15 18:04:00

Bu gün Milli Məclisin plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

“APA-Economics”in məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsi barədə məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Torpaq Məcəlləsinin 45-ci maddəsinə 4-cü bəndin əlavə edilməsi müzakirə olunur.

Yeni bəndə əsasən, bu məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25%-i müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

Layihə səsə qoyularaq qəbul edilib.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254