SƏNƏDLƏR

“Ağ şəhər”in yenidən qurulmasına 3 milyon manat ayrılıb
15 AVQUST
559

“Ağ şəhər”in yenidən qurulmasına 3 milyon manat ayrılıb

2017-08-15 18:08:00

Prezident İlham Əliyev Bakının “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Fins.az-ın məlumatına görə, sərəncama əsasən, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli fərmanında nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, son illər ölkədə tikinti-quruculuq işləri geniş vüsət alıb. İqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb.

Bakı ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan “Bakı Ağ şəhər” layihəsi çərçivəsində paytaxtda geniş abadlıq və yaşıllaşdırma işləri aparılmaqda, yol və kommunikasiya infrastrukturları inşa olunmaqdadır.

Bununla əlaqədar olaraq, “Ağ şəhər”də su təchizatı, kanalizasiya və yağış suları sistemləri layihələrinin davam etdirilməsi zərurəti yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287