SƏNƏDLƏR

Azərbaycan prezidenti Maliyyə Sabitliyi Şurasının əsasnaməsini təsdiqləyib
31 İYUL
428

Azərbaycan prezidenti Maliyyə Sabitliyi Şurasının əsasnaməsini təsdiqləyib

2017-07-31 18:20:00

Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Sabitliyi Şurasının əsasnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fins.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291