SƏNƏDLƏR

Diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir
16 MAY
352

Diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

2017-05-16 18:13:00

Azərbaycanın diplomatik orqanlarının əməkdaşlarının fəaliyyətinə nəzarət genişləndirilir, bütün diplomatik xidmətdə olanların fəaliyyətinin attestasiya edilməsi qaydası konkretləşdirilir.

Fins.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik təklif edilir.

 Layihəyə əsasən, qanunun 14-cü (Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi) maddəsinə əlavə edilən yeni bəndə görə, “müvafiq vəzifələrdə azı 1 il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfən çox olmayaraq keçirilir”.

 Maddənin 3-cü bəndi isə dəyişdirilərək belə verilir: “xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir”.

 Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq. 

APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294