SƏNƏDLƏR

Sahibkarlığa Kömək Milli Fondu ilə bağlı fərmana dəyişiklik edildi
18 OKTYABR 2016
1526

Sahibkarlığa Kömək Milli Fondu ilə bağlı fərmana dəyişiklik edildi

2016-10-18 19:33:00

 Prezident İlham Əliyev  “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 162 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik edib. Fins.az-xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 775; 2011, №10, maddə 886; 2013, № 8, maddə 904; 2014, № 6, maddə 645; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.4-cü, 1.5-ci, 1.6-cı bəndlərində, 8.2-ci bəndinin (8.2. Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında inspeksiya aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.)birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.

(1.4. Fondun Müşahidə Şurası tərəfindən müəyyən olunmuş meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilər.

1.5. Vəsaitlərin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Mərkəzi Bankı müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fondun Müşahidə Şurasına müvafiq məlumat təqdim edir.

1.6. İl ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı Fondun vəsaitlərinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində baş verən ciddi dəyişikliklər barədə məlumatı mütəmadi olaraq Fondun Müşahidə Şurasına təqdim edir.

 8.2. Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında inspeksiya aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.)

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 oktyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285