SƏNƏDLƏR

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 212
13 İYUN 2016
221

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 212

2016-06-13 10:51:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 212

N 212 Bakı şəhəri, 6 iyun 2016-cı il

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin və herbisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 698 nömrəli Fərmanının 2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin və herbisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 2, maddə 192, N 11, maddə 1184; 2008, N 6, maddə 587; 2010, N 12, maddə 1124; 2012, N 8, maddə 811; 2013, N7, maddə 882, N 12, maddə 1633; 2014, N 2, maddə 201, N 6, maddə 736, N 8, maddə 1004; 2015, N 1, maddə 60, N 5, maddə 675, N 6, maddə 795, N 8, maddə 968, N 10, maddə 1237, N 12, maddə 1577) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “buğda və çəltik səpininə” sözləri “buğda, çəltik, pambıq və tütün əkininə”sözləri ilə və “mineral gübrələrin və herbisidlərin” sözləri “mineral gübrələrin, biohumusun və pestisidlərin” sözləri ilə əvəz edilsin. 
2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 10 manat məbləğində müəyyən edilsin.”.
3. 3-cü hissədə “buğda və çəltik səpininə” sözləri “buğda, çəltik, pambıq və tütün əkininə”sözləri ilə əvəz edilsin. 
4. 4-cü hissədə “mineral gübrələrin və herbisidlərin” sözləri “mineral gübrələrin, biohumusun və pestisidlərin” sözləri ilə əvəz edilsin. 
5. 6-cı və 6-1-ci hissələrdə “buğda və çəltik səpininə” sözləri “buğda, çəltik, pambıq və tütün əkininə”sözləri ilə, “mineral gübrələrin və herbisidlərin” sözləri “mineral gübrələrin, biohumusun və pestisidlərin” sözləri ilə əvəz edilsin. 
6. 7-ci hissədə “mineral gübrələrə və herbisidlərə” sözləri “mineral gübrələrə, biohumusa və pestisidlərə” sözləri ilə, “buğda səpini” sözləri “buğda, çəltik, pambıq və tütün əkini” sözləri ilə əvəz edilsin. 
7. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” üzrə:
7.1. adında, 1.1-ci, 1.2-ci bəndlərdə, 2.2.5-ci yarımbənddə, 3-cü hissənin adında, 3.1-ci və 3.6-cı bəndlərdə “buğda və çəltik səpininə” sözləri “buğda, çəltik, pambıq və tütün əkininə”sözləri ilə əvəz edilsin; 
7.2. Qaydalara 1-15 nömrəli əlavələrin yuxarı sağ küncündə, 1 nömrəli əlavədə verilmiş “Ərizə” formasında, 2 nömrəli əlavədə verilmiş “Əkin sahələrinə baxış haqqında akt” formasında “buğda və çəltik səpininə” sözləri “buğda, çəltik, pambıq və tütün əkininə”sözləri ilə əvəz edilsin;
7.3. Qaydalara 1 nömrəli əlavənin “Ərizəyə əlavə” formasına 1.9.1-1.9.5-ci, 1.10.1-1.10.4-cü, 2.2.1-2.2.5-ci sətirlər əlavə edilsin, 1.11-ci sətrin “Becərilən bitkilər” sütununa “tütün” sözü əlavə edilsin; 
7.4. Qaydalara 4 və 7 nömrəli əlavələrin cədvəllərinə “çəltik” sütunundan sonra “əkin sahəsi (ha)” və “ödəniləcək məbləğ (manatla)” altsütunları göstərilməklə “pambıq” və “tütün” sütunları əlavə edilsin;
7.5. Qaydalara 5 və 8 nömrəli əlavələrin cədvəllərindən “pambıq” sütunu çıxarılsın.
8. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin və herbisidlərin güzəştlə satılması Qaydaları” üzrə:
8.1. adında “mineral gübrələrin və herbisidlərin” sözləri “mineral gübrələrin, biohumusun və pestisidlərin” sözləri ilə əvəz edilsin;
8.2. 1.1-1.5-ci bəndlərə, 2-ci hissənin adına, 2.1-2.6-cı, 2.9-2.10-cu, 3.1-3.2-ci bəndlərə ismin müvafiq hallarında “mineral gübrələr” sözlərindən sonra “, biohumus” sözü əlavə edilsin və “herbisidlər” sözü “pestisidlər” sözü ilə əvəz edilsin;
8.3. 1.2-ci bəndə “gübrə” sözündən sonra “, biohumus” sözü əlavə edilsin və həmin bənddə “80 manat” sözləri “100 manat” sözləri ilə əvəz edilsin;
8.4. 1.5-ci bənddə “buğda və çəltik səpininə” sözləri “buğda, çəltik, pambıq və tütün əkininə”sözləri ilə əvəz edilsin;
8.5. 2.7-ci bənddə “herbisidin” sözü “pestisidin” sözü ilə əvəz edilsin;
8.6. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
“2.7-1. Bu qaydalarda göstərilən şərtlərlə biohumusun satışını həyata keçirən hüquqi və fiziki şəxslər onlar haqqında məlumat bazasının formalaşdırılması məqsədi ilə maddi-texniki bazası, VÖEN-i, bank rekvizitləri, telefon və faks nömrələri və ya elektron poçt ünvanı, hüquqi şəxslər üçün - adı, hüquqi və faktiki ünvanları, fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatları (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir), olduğu ünvan barədə məlumatları Respublika Komissiyasına təqdim etməlidirlər.”;
8.7. Qaydalara 1, 2 və 3 nömrəli əlavələrin yuxarı sağ küncündə “mineral gübrələrin və herbisidlərin” sözləri “mineral gübrələrin, biohumusun və pestisidlərin” sözləri ilə əvəz edilsin;
8.8. Qaydalara 3 nömrəli əlavənin cədvəlinin adında “gübrənin və herbisidin adı” sözləri “gübrənin (o cümlədən, biohumusun) və pestisidin adı” sözləri ilə əvəz edilsin, “gübrəsi və herbisidi” sözləri çıxarılsın, cədvəl üzrə ismin müvafiq hallarında “herbisid” sözü “pestisid” sözü ilə əvəz edilsin.
9. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin və herbisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi” üzrə:
9.1. adında “buğda və çəltik səpininə” sözləri “buğda, çəltik, pambıq və tütün əkininə”sözləri ilə, “mineral gübrələrin və herbisidlərin” sözləri “mineral gübrələrin, biohumusun və pestisidlərin” sözləri ilə əvəz edilsin;
9.2. “Respublika Komissiyasının üzvləri” bölməsindən “Azad Sabir oğlu Nağıyev - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini” sözləri çıxarılsın və həmin bölmədə “Rəşad Lətif oğlu Bayramov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri” sözləri “Saleh Şəfayət oğlu Mövlamov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının kənd təsərrüfatı statistikası şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8466
  • ₽ RUB
    0.0301