KƏND TƏSƏRRÜFATI

Ucarda 14 min hektarda taxıl əkilməsi proqnozlaşdırılır
08 OKTYABR
108

Ucarda 14 min hektarda taxıl əkilməsi proqnozlaşdırılır

2019-10-08 12:51:00

Ucar rayonunda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıqla başlanıb və artıq qısa vaxtda 2700 hektarda səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda bütün ərazilərdə arpa səpilir. Hər gün sahələrə 15-dək səpin aqreqatı çıxarılır. Daha 15 səpin aqreqatı hazır vəziyyətdədir. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkiləcək Bərgüşad, Xələc, Təzə Şilyan, Qaradağlı və digər bir sıra ərazi dairələrində bu mühüm kampaniyaya daha mütəşəkkil hazırlıqla başlanılıb.

Qeyd edək ki, Ucar rayonunda gələn ilin məhsulu üçün 14 min hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır