KƏND TƏSƏRRÜFATI

Ağsuda cari mövsümdə 1378,1 ton kartof istehsal olunub
08 OKTYABR
73

Ağsuda cari mövsümdə 1378,1 ton kartof istehsal olunub

2019-10-08 12:49:00

Ağsu rayonunun torpaq mülkiyyətçiləri kartof yığımını başa çatdırıblar. Sahələrdən 1378,1 ton məhsul götürülüb.

Rayon Statistika İdarəsindən bildirilib ki, ilboyu bazarlarda böyük tələbat olan təsərrüfatın bu sahəsi ilə rayonun əsasən dağlıq və dağətəyi ərazilərinin sakinləri məşğul olur. Builki mövsümdə 166,4 hektarda kartof əkini aparılmışdı. Əkin sahələrinin hər hektarında orta məhsuldarlıq 1,4 sentner artaraq 82,8 sentnerə çatıb. Dağ kəndləri olan Kalva, Dilman, Nuran, Gürcüvan və bir sıra digər ərazi dairələrində məhsuldarlıq daha çox olub.

Qeyd edək ki, son illər rayonun dağətəyi ərazilərində, o cümlədən Qaraqoyunlu, Padar, Gəgəli ərazi dairələrində kartofçuluğa maraq artıb. Təsadüfi deyildir ki, bu ərazilərdə əkin sahələri ildən-ilə artır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır