KƏND TƏSƏRRÜFATI

Qubada ənənəvi Alma bayramının keçiriləcəyi tarix müəyyənləşib
07 OKTYABR
150

Qubada ənənəvi Alma bayramının keçiriləcəyi tarix müəyyənləşib

2019-10-07 14:24:00

Qubada ənənəvi Alma bayramının keçiriləcəyi gün müəyyənləşib.

Fins.az xəbər verir ki, bu il Alma bayramı oktyabr ayının 12-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.

Rayon icra hakimiyyətindən bildirilib ki, bayrama hazırlıq işləri yekunlaşmaq üzrədir. 2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.

Alma bayramında adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxləri və həyat tərzi əks olunacaq.

Bayram tədbirində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır