KƏND TƏSƏRRÜFATI

Sədərək rayonunda payızlıq taxıl əkini işləri aparılır
07 OKTYABR
66

Sədərək rayonunda payızlıq taxıl əkini işləri aparılır

2019-10-07 11:07:00

Sədərək rayonunda bu günə qədər payızlıq taxıl əkini üçün 820 hektaradək sahədə şum aparılıb.

Fins.az xəbər verir ki, cari ilin məhsulu tədarük ediləndən sonra əkinlərin saman və küləşindən kip vurularaq sahədən toplanılıb, şum işinə başlanılıb. Bu məqsədlə əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri öz bəhrəsini verməkdədir. Əkiləcək sahələrə şum aparmaq üçün traktorlar çıxarılıb, həmin texnikalar üçün tələb olunan ehtiyat hissələri əldə edilib, yanacaq ehtiyatı tədarük olunub.

Əkinə tezliklə başlamaq üçün torpaq mülkiyyətçiləri vaxtdan səmərəli istifadə edirlər. Torpaq mülkiyyətçiləri taxıl sahələrini bir qədər də genişləndirərək əvvəlki ildən artıq əkin sahələri becərmək əzmindədirlər.

Yaxın günlərdə rayonun torpaq mülkiyyətçiləri əkin kampaniyasına başlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır