KƏND TƏSƏRRÜFATI

Ağdaş taxılçıları arpa səpininə başlayıblar
02 OKTYABR
76

Ağdaş taxılçıları arpa səpininə başlayıblar

2019-10-02 11:17:00

Ağdaş taxılçıları gələn ilin məhsulu üçün taxıl əkininə başlayıblar və ilkin olaraq arpa səpilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ilin payızlıq əkin mövsümündə 13 min hektarda arpa, 5 min hektarda buğda səpini nəzərdə tutulub. Bu iş üçün 89 texnika, o cümlədən şum traktor və səpin aqreqatı hazırlanıb. Səpinə ilk günlərdən mütəşəkkil hazırlıqla başlanıb və az vaxtda 500 hektardan çox sahədə əkin aparılıb. Rayonun daha iri taxılçılıq təsərrüfatları olan Ərəbocağı, Yuxarı Nemətabad, Qoşaqovaq və bir sıra digər ərazi dairələrində səpin kampaniyasına daha mütəşəkkil hazırlıqla başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır