KƏND TƏSƏRRÜFATI

Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb
30 SENTYABR
94

Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb

2019-09-30 12:47:00

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə, bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Sentyabrın 30-dək 739595 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 426680 hektar artıqdır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 70,6 faizi şumlanıb.

Ümumilikdə şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi, Qobustan və Salyan rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, Füzuli (99%), Xocavənd (93,5%), Bərdə (94,3%), Oğuz (96%), Kürdəmir (94,7%), İmişli (91,8%), Ağstafa (95%) və Yevlax (95,8%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Bugünədək ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır