KƏND TƏSƏRRÜFATI

Zərdabda çəltik yığımına başlanılıb
17 SENTYABR
168

Zərdabda çəltik yığımına başlanılıb

2019-09-17 11:09:00

Zərdab rayonunda cari ilin məhsulu üçün 210,5 hektar sahədə çəltik yetişdirilib və torpaq mülkiyyətçiləri artıq məhsul yığımına başlayıblar.

Rayon icra hakimiyyətindən bildirilib ki, son illər çəltikçiliyə maraq xeyli artıb. Hazırda rayonun Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Qoruqbağı, Məmmədqasımlı, Alıcanlı kəndlərində çəltik əkilir. Bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin sayı da ilbəil artır. Builki mövsümdə Məmmədqasımlı kənd sakini İntiqam Ağalarov 15, Körpükəndən Rusif Məmmədov 17, Məhəmməd Ağayev 5 hektarda yerli iqlim şəraitinə uyğun “Haşımi” çəltik sortu yetişdiriblər. Məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub.

Bu il mütəxəssislər rayon üzrə əkin sahələrindən 1000 hektaradək məhsul gözləyirlər ki, bu da ötən ildəkindən təxminən 60 ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır