KƏND TƏSƏRRÜFATI

Ucarda pambıq yığımına 200-dən çox işçi qüvvəsi cəlb olunub
10 SENTYABR
88

Ucarda pambıq yığımına 200-dən çox işçi qüvvəsi cəlb olunub

2019-09-10 11:13:00

Ucar rayonunda pambıq yığımı davam edir. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, indiyədək 40 tona yaxın məhsul toplanıb və bunun 32 tonu “P-AQRO” MMC-nin Ucar pambıq emalı kompleksinə təhvil verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə 5 ərazidə - Təzə Şilyan, Şahlıq, Lək, Xələc və Qaziyan ərazi dairələrində 500 hektarda pambıq yetişdirilib. Daha 10 hektarda isə Çin texnologiyası ilə əkin aparılıb. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər. Hazırda məhsul toplanışına hər gün 200-dən çox işçi qüvvəsi çıxır. “Ağ qızıl” yığımı Lək, Xələc və Təzə Şilyan ərazi dairələrində daha mütəşəkkil təşkil olunub. Yetişdirilən məhsulun 80 faizinin maşınla, qalanının isə əl ilə yığılması nəzərdə tutulur. Artıq 2 pambıqyığan maşın hazır vəziyyətdədir.

Qeyd edək ki, mütəxəssislər bu mövsümdə 1000 tondan çox “ağ qızıl” yığılacağı qənaətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır