KƏND TƏSƏRRÜFATI

Dünyada ərzaq qiymətləri düşür
05 SENTYABR
114

Dünyada ərzaq qiymətləri düşür

2019-09-05 14:04:00

Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq təşkilatının Cümə axşamı günü verdiyi açıqlamaya görə, dünya ərzaq qiymətləri şəkər, taxıl və qarğıdalının kəskin ucuzlaşmalarının təsiri ilə Avqustda aylıq müqayisədə düşüb.Dünyada ərzaq qiymətləri ardıcıl 3 aydır geriləyir. 

"Marja" xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO); taxıl, bitki yağları, ət, süd və şəkər qiymətlərinin aylıq dəyişikliklərini ölçən ərzaq qiyməti indeksi, İyul ayındakı 171.7 olan səviyyəsindən avqustda 169.8-ə düşüb. 

Həmçinin FAO 2019-2020 dövründə taxıl ehtiyatlarının əvvəlki gözləntidən daha bol olacağını qeyd edib. 

FAO taxıl qiyməti indeksi Avqust ayında buğda və qarğıdalı qiymətlərinin kəskin azalması ilə bir əvvəlki aya nisbətən 6.4% düşüb. Şəkər qiyməti də əvvəlki ayla müqayisədə 4% düşüb. Bunların əksinə, düyünün qiyməti artıb. 

Bitki yağlarının 5.9 faiz, ətin 0.5 faiz bahalaşması qiymət azalmalarını tarazlaşdırmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır