KƏND TƏSƏRRÜFATI

Qobustanda arı ailələrindən 14,6 ton bal götürülüb
02 SENTYABR
78

Qobustanda arı ailələrindən 14,6 ton bal götürülüb

2019-09-02 13:46:00

Qobustan arıçıları cari mövsümdə bəslədikləri arı ailələrindən 14,6 ton bal götürüblər. Bu il süzülən bal ötən ildəkindən 2,1 ton çoxdur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda Qobustanda 3400 baş arı ailəsi var. Ən çox məhsul Təklə, Xilmilli, Nabır kənd, Qobustan şəhər ərazi dairələrində əldə olunub.

Təklə kəndindən olan peşəkar arıçı Ramiz Qaçayev deyib: “Arıçılıq bizim ailədə ənənəvi təsərrüfat sahəsidir. Hazırda 120 yeşik arı bəsləyirik. Bu il hava şəraiti arıçılıq üçün heç də əlverişli keçmədi. Buna baxmayaraq, hər qutudan orta hesabla 10 kiloqram təmiz bal götürdük”. R.Qaçayev arıçılığın inkişafına göstərilən dövlət dəstəyindən danışaraq bildirib ki, hər arı ailəsinə verilən subsidiya onları təsərrüfatlarını genişləndirməyə, eləcə də bu sahəyə marağı olanları yeni təsərrüfat yaratmağa həvəsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır