KƏND TƏSƏRRÜFATI

Göyçayın nar bağlarında bol məhsul yetişib
21 AVQUST
149

Göyçayın nar bağlarında bol məhsul yetişib

2019-08-21 16:49:00

Ötən il 31 min 107 ton nar istehsal olunan Göyçayda cari mövsümdə 35 min ton məhsul yığılacağı proqnozlaşdırılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il 16 hektarda yeni bağ salınıb və nar bağlarının sahəsi 3627 hektara çatdırılıb. Bunun 3327 hektarı bar verəndir.

Mütəxəssislər bu il hava şəraitinin narçılıq üçün əlverişli olduğunu söyləyirlər. Xüsusilə Qarabaqqal, Alxasava, Aşağı Qaraməryəm və Mirzəhüseynli kəndlərinin ərazilərində bağlardakı mövcud vəziyyət yüksək məhsuldarlıqdan xəbər verir.

Göyçaylı narçılar bu il də respublika bazarlarını “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” və digər növlərdən olan dadlı və ləzzətli narla təmin edəcəklərini, eləcə də xarici bazarlara çıxacaqlarını söyləyirlər.

©AZERTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır