KƏND TƏSƏRRÜFATI

Son üç ildə Qəbələdə 2 min hektardan çox yeni fındıq bağları salınıb
20 AVQUST
93

Son üç ildə Qəbələdə 2 min hektardan çox yeni fındıq bağları salınıb

2019-08-20 16:39:00

Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Belə ki, son üç ildə rayon ərazisində 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 247 hektara çatdırılıb.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayonda 4 min 827 hektar bar verən fındıq bağları var. Bir neçə gündür ki, fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 9 min tonadək fındıq yığılması gözlənilir.

Ötən il Qəbələnin fındıq bağlarından 9 min 200 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1800 ton artıb.

©Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır