KƏND TƏSƏRRÜFATI

Azərbaycanın buğda idxalı ilə bağlı yenilik
15 AVQUST
133

Azərbaycanın buğda idxalı ilə bağlı yenilik

2019-08-15 10:53:00

Azərbaycanın buğdada idxaldan asılılığı dərinləşir. Eyni zamanda, xaricdən alınan buğda bahalaşıb. 

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində xaricdən Azərbaycana 145 milyon 789 min dollar dəyərində 653 min 228 ton buğda idxal olunub. Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,4%, miqdar ifadəsində isə 9,1% artıb.

2018-ci ilin 7 ayı ərzində xaricdən Azərbaycana 106 milyon 45 min dollar dəyərində 598 min 424 min ton buğda idxal edilmişdi. 

Buğda idxalının dəyər ifadəsində miqdar ifadəsindən daha sürətli artması bu məhsulun bahalaşdığına işarədir. Ötən ilin 7 ayında orta hesabla 1 ton buğdanın idxalına 177 dollar xərlənmişdisə, bu ilin 7 ayında 223 dollar xərclənib (buğda idxalı 26% bahalaşıb).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır