KƏND TƏSƏRRÜFATI

İyulda Azərbaycandan pomidor ixracı kəskin azalıb
15 AVQUST
90

İyulda Azərbaycandan pomidor ixracı kəskin azalıb

2019-08-15 10:08:00

İyul ayında Azərbaycandan pomidor ixracı 2019-un minimum səviyyəsinə düşüb. 

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində Azərbaycandan 141 milyon 209 min dollar dəyərində 132 min 796 ton pomidor ixrac edilib. İlk 6 ayda Azərbaycandan 138 milyon 56 min dollardəyərində 129 min 293 ton pomidor ixrac edilmişdi. Beləliklə, İyulda pomidor ixracı məbləğ ifadəsində 3 milyon 153 min dollar, miqdar ifadəsində isə 3503 ton təşkil edib. 

ƏN ÇOX POMİDOR MAYDA İXRAC EDİLİB 

Azərbaycana pomidor ixracından Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar valyuta daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır