KƏND TƏSƏRRÜFATI

Azərbaycana kərə yağı idxalı ucuzlaşıb
14 AVQUST
139

Azərbaycana kərə yağı idxalı ucuzlaşıb

2019-08-14 16:30:00

2019-cu ilin 7 ayı ərzində Azərbaycana xaricdən 37 milyon 304 min dollar dəyərində 7 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Halbuki, ötən ilin eyni dövründə bundan 13% çox məbləğə daha az kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 7 ayı ərzində Azərbaycana 42 milyon 987 min dollar dəyərində 7 304 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdir. Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsində 178 ton və ya 2,4% artıb, məbləğ ifadəsində isə 5 milyon 583 min dollar və ya 13,2% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır