KƏND TƏSƏRRÜFATI

Sənaye üsulu ilə əkilən sahələrin hər hektarından 400-500 sentner kartof götürülür
14 AVQUST
179

Sənaye üsulu ilə əkilən sahələrin hər hektarından 400-500 sentner kartof götürülür

2019-08-14 16:27:00

İsmayıllı rayonunun Talıstan, Sumağallı və Diyallı kəndləri ərazisində cari ildə 220 hektar sahədə sənaye üsulu ilə kartof əkini aparılıb və hazırda məhsul yığımı davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə əkin aparılan sahələrdən yüksək məhsul götürülür. Belə ki, kartofçuluğun ənənəvi sahə olduğu rayonda hazırda hər hektarda orta məhsuldarlıq 110-115 sentner olduğu halda, sahibkarların sənaye üsulu ilə əkdikləri ərazilərdən əldə etdikləri məhsul 400-500 sentnerdir.

İstehsal olunan məhsul daxili və xarici bazara çıxarılır.

©Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır