KƏND TƏSƏRRÜFATI

Azərbaycanda kənd təsərrüfatı sahəsində subsidiyaların yeni qaydalarla vahid mexanizmlə verilməsini nəzərdə tutur.
01 AVQUST
101

Azərbaycanda kənd təsərrüfatı sahəsində subsidiyaların yeni qaydalarla vahid mexanizmlə verilməsini nəzərdə tutur.

2019-08-01 12:12:00

Azərbaycanda təstiq olunan kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində subsidiyaların yeni qaydalarla verilməsi, kənd təsərrüfatında tətbiq edilən subsidiyaların vahid mexanizmlə verilməsini nəzərdə tutur. Fins.az xəbər verir ki,Avropa İttifaqı-Azərbaycan Tvinninq Layihəsinin təqdimatında çıxış edərkən Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. Onun sözlərinə görə, "Eyni zamanda subsidiyaların əldə edilməsi üçün fermerlər tərəfindən xərclərin azalmadinda, müraciətlərin elektron sistem üzərindən operativ qaydada həyata keçirilməsi təmin olunacaq, o cümlədən onların sənədləşmə prosesinin artıq bir dəfə aparılması ilə prosesdə operativliyin təmin edilməsi ilə yanaşı senədləsmənin sadələşdirilməsi də əldə olunacaq",- deyə nazir müavini qeyd edib.Nazir müavini əlavə edib ki, yeni qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında baza məbləği 200 manat müəyyən edilib və yeni mexanizmə uyğun olaraq həmin baza məbləğinə tətbiq ediləcək bitkiçilik sahəsində subsidiyaların hesablanmasında yeni yanaşma tədbiq olunub. "Bu qaydalar 2020-ci ilin yanvar ayının 1-dən etibarən tətbiq olunacaq. Hazırda nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına subsidiya verilməsi üçün xidmət reqlamentləri hazırlanır",- deyə nazir müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır