KƏND TƏSƏRRÜFATI

Kənd Təsərrüfatı Nazirliyinim Avropa İttifaqı ilə birgə tvininq layihəsi
01 AVQUST
113

Kənd Təsərrüfatı Nazirliyinim Avropa İttifaqı ilə birgə tvininq layihəsi

2019-08-01 11:10:00

Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Avropa İttifaqı ilə birgə “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” Tvinninq Layihəsinə başlayıb. Layihənin əsas komponentləri kənd yerlərinin inkişafı və kənd təsərrüfatına dövlət dəstəyinin müəyyənləşdirilməsi, proqramlaşdırılması və idarə edilməsidir. 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə İtaliya, Polşa və Litvadan olan mütəxəssislər cəlb olunub. Layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması və kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və Kompleks İdarəetmə və Nəzarət Sisteminin hüquqi aspektləri daxil olmaqla, əlverişli inzibati mühitin inkişaf etdirilməsi və müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır