KƏND TƏSƏRRÜFATI

Bazarda kilosu 70 qəpiyə olan bu məhsulu onlar 8 qəpiyə satırlar – VİDEO
29 İYUL
263

Bazarda kilosu 70 qəpiyə olan bu məhsulu onlar 8 qəpiyə satırlar – VİDEO

2019-07-29 20:16:00

Sahələrdə badımcan yığımına başlanılsada, hazırki qiymət fermerləri qane etmir. Sabirabaddan olan fermerlər bol məhsul götürsələr də, onlar götürdükləri məhsulu istədikləri qiymətə sata bilmirlər. Rayonun Axtaçı və Ulacalı kəndindən olan fermerlər əziyyətlə əkib becərdikləri məhsulun paytaxt bazarlarında bir neçə dəfə baha satıldığını deyirlər. Və bu məsələdə vasitəçi alverçilərigünahlandırırlar.
Sahələrdə badımcanın bir kiloqramı 8-10 qəpik arası olduğu halda, Bakıda bazarlarda 50-70 qəpikdən satılır.
Məhsul yığımına başlansa da, fermerlərdən ucuz alınan bu məhsul, paytaxt bazarlarına çatanda bahalaşır. Öz məhsullarını ucuz təklif edən fermerlər iddia edirlər ki, bu onların sahələrə çəkdikləri xərci qarşılamır..

Paytaxt bazarlarında isə satıcılar deyirlər ki, məhsulun alınması və onun daşınması - yəni bütün xərcləri hesablayanda onlara badımcanın kiloqramı 30-40 bəzən də 50 qəpiyə başa gəlir. Bu səbəbdən də sahələrdən birbaşa bazarlara çıxarılan məhsulun qiymətində belə nəzərəçarpan fərq hiss edilir:
Mövsümü olsa ada, Paytaxdakı satıcılar daalıcı qıtlığından əziyyət çəkdiklərini deyirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır