KƏND TƏSƏRRÜFATI

Azərbaycan Gürcüstandan gübrə idxalını 5,4 dəfə artırıb
19 İYUL
168

Azərbaycan Gürcüstandan gübrə idxalını 5,4 dəfə artırıb

2019-07-19 18:02:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 21 475,4 ton azot gübrəsi idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkədən aldığı gübrənin ümumi dəyəri 4 mln. 112,3min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı azot gübrəsinin həcmi 17 532 ton və ya 5,4 dəfə artıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 735, 8 min dollar dəyərində 3 943,4 ton gübrə idxal edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır