KƏND TƏSƏRRÜFATI

İlham Əliyev: "Kənd təsərrüfatında bu il rekord həcmdə artım olub"
11 İYUL
147

İlham Əliyev: "Kənd təsərrüfatında bu il rekord həcmdə artım olub"

2019-07-11 12:47:00

"Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir".

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edərkən deyib.

"Hazırda biz, əsasən, iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirib ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən, 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım, təxminən, 15 faiz təşkil edir.

“Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, - deyən dövlət başçısı əmin olduğunu bildirib ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır