KƏND TƏSƏRRÜFATI

Azərbaycanın regionlarında toxum mağazaları açılacaq
09 İYUL
75

Azərbaycanın regionlarında toxum mağazaları açılacaq

2019-07-09 17:18:00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ölkənin regionlarında toxum mağazaları açacaq.

Bu barədə  Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə cənub zonasında, həmçinin Şəki və Zaqatalada toxum mağazaları açılacaq: “Bu mağazalarda yerli və xarici sertifikatlaşdırılmış toxumların satışı həyata keçiriləcək".

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun ilk mağazası Xaçmaz rayonunda açılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269