KƏND TƏSƏRRÜFATI

Azərbaycan iyunda Ukraynadan qəndin əsas idxalçısı olub
09 İYUL
77

Azərbaycan iyunda Ukraynadan qəndin əsas idxalçısı olub

2019-07-09 16:08:00

Ukrayna 2018/2019-cu kənd təsərrüfatı ilinin 10 ayının yekunları üzrə 403 min ton qənd ixrac edib ki, bu da əvvəlki kənd təsərüfatı ilinin müvafiq dövrü ilə müqayisədə 20% azdır.

Bu barədə Ukrayna Şəkər İstehsalçıları Milli Assosiasiyasının ("Ukrtsukor") məlumatında deyilir.

Cari ilin iyun ayında qənd ixracı may ayı ilə müqayisədə 40% azalaraq 24,8 min ton təşkil edib.

“Azərbaycan iyun ayında Ukrayna istehsalı olan qəndin əsas idxalçısı olaraq qalsa da, Liviya da ona rəqabət təşkil edib. İxracın ümumi həcminin 28%-i bu ölkələrin payına düşür”, – deyə assosiasiyanın İdarə Heyəti sədrinin müavini Ruslana Butılo bildirib.

© İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269