KƏND TƏSƏRRÜFATI

Bölgələrdə fiziki və hüquqi şəxslərin toxum saxlama anbarlarında fumiqasiya tədbirləri davam edir
04 İYUL
85

Bölgələrdə fiziki və hüquqi şəxslərin toxum saxlama anbarlarında fumiqasiya tədbirləri davam edir

2019-07-04 11:58:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu dövrdə fiziki və hüquqi şəxslərin müraciəti ilə bağlanmış müqavilələr əsasında Şəkidə 17 min 900 kubmetr, Oğuzda 6000 kubmetr, Qəbələdə 9000 kubmetr, Zaqatalada 2500 kubmetr, Qaxda 6200 kubmetr, Yevlaxda 30 min kubmetr, Ağsuda 5000 kubmetr, Kürdəmirdə 1000 kubmetr, İsmayıllıda 2000 kubmetr, Dəvəçidə 3400 kubmetr, Qobustanda 4140 kubmetr, Tovuzda 6440 kubmetr, Qazaxda 8600 kubmetr, Ağstafada 900 kubmetr, Bərdədə 11 min 146 kubmetr, Ağcabədidə 18 min 916 kubmetr, Lənkəranda 1800 kubmetr, Beyləqanda 21 min kubmetr, Cəlilabadda 3210 kubmetr, Masallıda 5000 kubmetr, Ağdamda 9650 kubmetr, Biləsuvarda 1840 kubmetr, Salyanda 7715 kubmetr, ümumilikdə isə 191 min 457 kubmetr toxum saxlama anbarlarında fumiqasiya tədbirləri aparılıb.

Zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə olunur, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271