KƏND TƏSƏRRÜFATI

Nazirlik: 280 623 hektar ərazidə taxıl biçini aparılıb
14 İYUN
225

Nazirlik: 280 623 hektar ərazidə taxıl biçini aparılıb

2019-06-14 18:17:00

Bu günə qədər Azərbaycan ərazisində 280 623 hektar ərazidə taxıl biçini aparılıb. 

Bu barədə Fins.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bunun 225 782 hektarı arpa, 54 841 hektarı isə buğda əkilmiş ərazidir. 

Ümumilikdə, bu günə qədər ölkə üzrə 843 624ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad Beyləqan, Zərdab, Yevlax, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 29 161 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9 600 hektar sahənin 9 550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Neftçala 31 404 29 860 26,9
Şəki 21 626 14 030 34,0
Biləsuvar 14 900 14 194 32,0
Sabirabad 9 600 9 550 37,5
Zərdab 5 730 5 648 30,6
Yevlax 5 083 5 000 29,5
Cəlilabad 4 509 4 350 35,2
Bərdə 2 568 2 568 31,0
Beyləqan 1 765 1 736 27,9
Samux 3 544 3 176 34,8
Goranboy 11 500 9 374 24,0
Qax 2 881 2 446 26,0
Masallı 2 786 2 588 20,5
Ağcabədi 5 637 4 951 33,5
Füzuli 8 505 7 522 30,6
Ağdam 2 215 1 811 35,6
Tərtər 3 815 2 978 34,2
İmişli 6 322 5 186 32,3
Xızı 1 925 1 240 17,3
Göyçay 6 851 5 133 31,5
Salyan 9 917 7 978 32,7
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır