KƏND TƏSƏRRÜFATI

Kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir
14 İYUN
258

Kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir

2019-06-14 17:59:00
Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Fins.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. 
Dəyişiklik layihəsində həmçinin, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur. 
Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır. 
© Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır