KƏND TƏSƏRRÜFATI

35 ton pomidorun Rusiyaya buraxılmamasına RƏSMİ REAKSİYA
13 İYUN
558

35 ton pomidorun Rusiyaya buraxılmamasına RƏSMİ REAKSİYA

2019-06-13 17:34:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 35 ton pomidorun Rusiyaya buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib.
Fins.az-ın məlumatına görə, AQTA sədri jurnalistlərə açıqlamasında deyib ki, bununla əlaqədar pomidor ixracatçıları ilə görüş keçirilməyib. 
"Biz həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi, bitki mühafizəsi təşkilatlarının üzvüyük. Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk. Son faktla bağlı onu deyə bilərəm ki, söhbət yalnız zərərvericiyə yoluxmadan gedir. Bu məhsulun daxili keyfiyyətinə aid deyil. Lazımı sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra həmin məhsulların təkrar ixracına cəhd olunacaq", - deyə AQTA sədri vurğulayıb. 
© Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır