KƏND TƏSƏRRÜFATI

Təsərrüfat əhəmiyyətli yeni barama və dovşan növləri yetişdiriləcək – VİDEO
13 İYUN
163

Təsərrüfat əhəmiyyətli yeni barama və dovşan növləri yetişdiriləcək – VİDEO

2019-06-13 12:00:00

Azərbaycan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda baramaçılığın inkişafı istiqamətində elmi tədqiatlar genşləndiriləcək. 

Oxu.Az xəbər verir ki, əldə olunan yeni nəticələr Çin Xalq Respublikasından gətirilən baramaların bioloji təsərrüfat xüsusiyyətləri ilə müqayisə ediləcək. Bildirək ki, bu gün ölkəmizdə 82 cins barama yetişdirilir,  bunların 52 yerli, yerdə qalanı isə xaricidən gətirilən genafond növlərdir.

Aparılan tədqiqatlar dovşançılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də həyata keçiriləcək. Bunun üçün Dovşançılıq Asossasiyası tərəfindən  Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət olunub. Hətta 6  baş cins, 12 baş yerli dovşan da hədiyyə verilib. Məqsəd həmin dovşanların biloji təsərrüfat xüsusiyyətlərini öyrənmək, yerli şəraitə uyğun cinslərin yaradılması, yemləmə şərtlərinin təkmilləşdirilməsi üzərində işlərin aparılmasıdır.

Bu gün dovşancılıq sahəsinin inkişaf etdirilməsi gəlirli sahə kimi qəbul olunur. Hazırda Azərbaycanda 160 dan çox dovşançılıq təsərrüfatı var və onlar  öz asossasiyalarını yaradıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır