KƏND TƏSƏRRÜFATI

Azərbaycanda Narçılıq Kooperativi yaradılır
12 İYUN
83

Azərbaycanda Narçılıq Kooperativi yaradılır

2019-06-12 13:37:00

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov, Avropa İttifaqının “Regional inkişafa dəstək” layihəsinin ekspertləri Dario Caccamisi və Elçin Atababayev, Göyçay DAİM-in direktoru Elçin İsmayılov, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Akif Abbasov və Göyçay rayon İcra Hakimiyyətinin sosial-iqtisadi şöbəsinin müdür müavini Mahir Məlikov arasında Göyçay rayonunda narçılıq kooperativinin yaradılması mövzusunda görüş keçirilib.

Assosiasiyadan  verilən məlumata görə, görüşdə kooperativin işləmə mexanizmi, kooperativlər daxilində əməkdaşlıq formaları müzakirə edilib, müzakirələr nəticəsində belə qənaətə gəlinib ki, ilk olaraq Göyçay rayonunun Bığır kəndində kooperativ sahəsində maarifləndirmə apararaq pilot kooperativ layihəsinə 20 kiçik fermer cəlb edilsin.

Kooperativin əsas məqsədi nar istehsalının maya dəyərinin aşağı salınması, məhsuldarlığın artırılıması və satış həcminin yüksəldilməsi vasitəsi ilə narçı fermerlərin rifahının artırılmasına şərait yaratmaqdır.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263