KƏND TƏSƏRRÜFATI

Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarıb
12 İYUN
162

Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarıb

2019-06-12 10:14:00

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsullar aşkar ediblər.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, Azərbaycandan bu vilayətə ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidor gətirilib. Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Onun mövcudluğu həmçinin müxtəlif laborator ekspertizalarla da təsdiqini tapıb.

"Karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb", - deyə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin məlumatında qeyd olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır