KƏND TƏSƏRRÜFATI

KOBİA arıçıların subsidiya ilə bağlı çətinliyini həll edib
12 İYUN
178

KOBİA arıçıların subsidiya ilə bağlı çətinliyini həll edib

2019-06-12 10:06:00

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2 sahibkarın müraciətini müsbət həll edib. 

Məlumata görə, Sumqayıt şəhərində öz həyətyanı sahələrində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlar - Vüqar Hüseynov və Kalam Bayramovarıçılıq fəaliyyətinin identikləşdirilməsi üçün hər arı ailəsinə görə nəzərdə tutulan subsidiyanın ödənilməsinə dair KOBİA-ya müraciət edib. Agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu”nun və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində sahibkarların müraciəti müsbət həlli olunub və onlara subsidiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır