KƏND TƏSƏRRÜFATI

"Dilbaz" Atçılıq Təsərrüfatı yenidən qurulur
10 İYUN
108

"Dilbaz" Atçılıq Təsərrüfatı yenidən qurulur

2019-06-10 17:17:00

Ağstafa rayonunun Dilbaz Atçılıq Təsərrüfatında nadir at cinslərindən sayılan Dilbaz atları yetişdirilir.

Təsərrüfatın direktoru Səlimxan Gülalıyev bildirib ki, Dilbaz Atçılıq Təsərrüfatı 1997-ci ildən fəaliyyət göstərir. Hazırda müəssisədə 137 baş at saxlanılır, o cümlədən 28 madyan, 3 ayğır, qalanı isə müxtəlif yaş qrupundan olanlardır. Dövlət başçısının müvafiq sərəncamı ilə 2015-ci ildə Dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat vəsait ayrılıb ki, bu da müəssisənin problemlərinin köklü şəkildə həllinə təkan verib.

Hazırda müəssisədə sürətli tikinti-quruculuq işləri davam etdirilir. Burada müasir at tövləsi, atları müayinə və müalicə etmək üçün stasionar baytarlıq otağı, yarışlara hazırlamaq üçün cıdır meydanı, yemlərin saxlanması üçün talvar, anbar, ofis və başqa zəruri binalar inşa edilir.

Təsərrüfat atların yemlənməsi üçün kifayət qədər yem ehtiyatına malikdir. 435 hektar əkin və 927 hektar örüş sahəsi var. Müəssisədə 12 nəfər daimi işlə təmin olunub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264