KƏND TƏSƏRRÜFATI

Azərbaycanda ilk dəfə olaraq zəfəran qablaşdırılmasına başlanılır
10 İYUN
147

Azərbaycanda ilk dəfə olaraq zəfəran qablaşdırılmasına başlanılır

2019-06-10 15:44:00

“Kənd Təsərrüfatı Nazirliyi"nə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC zəfəranın qablaşdırılmasını və satışını həyata keçirəcək”.

Bu barədə şirkətin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, "Dövlət Aqrar Ticarət Şirkəti" MMC ölkədə çayın, noxudun və düyünün qablaşdırılmasını həyata keçirir:

“Digər məhsulların isə hissə-hissə qablaşdırılmasını həyata keçirəcəyik. Zəfəranla bağlı da planlarımız var. Bu il ərzində həyata keçirilməsi planşdırılır. Hazırda zəfəran istehsalçıları ilə bu istiqamətdə danışıqlar aparılır, əməkdaşlıqlar qurulmağa başlanılıb. İyunun 4-də ölkədə Zəfəran İstehsalçıları, emalçıları və ixracatçıları Assosiasiyası təsis edlib. Biz gələcəkdə Assosiasiya vasitəsilə zəfəran istehsalçıları ilə əməkdaşlıq edəcəyik”.

Xatırladaq ki, hazırda ölkədə zəfəran əkini sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır.

Əvvəllər Bakı, Gəncə və Şəkidə 430 hektar ərazidə zəfəran əkilib. Hazırda yalnız Bakının Zirə qəsəbəsində 6,5 hektar ərazidə zəfəran var. SSRİ dövründə Bakının Bilgəh qəsəbəsində 18 hektar ərazisi olan zəfəran sovxozu var idi. Ondan da 8 hektar qalıb. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəmin nə qədər olduğu məlum deyil. Zəfəran ilə bağlı ölkədə statistikanın aparılması gələn ildən gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264