KƏND TƏSƏRRÜFATI

"Şəhərdən Kəndə" layihəsi start verilib
04 İYUN
217

"Şəhərdən Kəndə" layihəsi start verilib

2019-06-04 10:58:00

Azərbaycan Respublikasını Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Aqrat Ticarət Şirkəti tərəfindən keçiriləcək və ölkəmizdə aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verilib. Layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır. Layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək. Belə ki, fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq, bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq, əlavə gəlir mənbəyi yaranacaq və gəlirləri artacaq. “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər isə maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər. Bütövlükdə layihənin icrası aqrar sahibkarlığın, bütövlükdə kənd təsərrüfatının daha da inkişafına, turizm potensialının güclənməsinə, kənd yerlərində yeni xidmət sahələrinin yaranmasına, əhalinin sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək. Həyata keçiriləcək ekoloji və aqrar maarifləndirmə sayəsində əhalinin iri şəhərlərə axınının qarşısının alınmasına və insanların torpağa bağlılığının artırılmasına nail olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264