KƏND TƏSƏRRÜFATI

İldə iki bala verən qoyun cinsi
27 MAY
781

İldə iki bala verən qoyun cinsi

2019-05-27 15:11:00

Bu cins “Dorsethorn” və “Persianblackhead” cinslərinin çarpazlaşdırılmasından əldə olunub.

Ötən əsrin 50-ci illərindən Cənubi Afrika Respublikasında təsərrüfatlara daxil edilib. Ortaboyludur, möhkəm bədən əzələlərinə malikdir, ildə bircə dəfə qırxıma verilir.

Xarici əlamətləri maraqlıdır: baş hissə qara, bədən hissə isə ağ rəngdədir. Qısa yunludur, ildə iki bala əldə etmək olur.

Doğulanda 1.5-2 kq olan quzuları sürətlə çəki yığaraq 12 aylığında 90 kiloqrama çatır, sonrakı dövrlərdə çəkisi 130 kq-a qədər artır. Əti yağsız və ləzzətli olduğu üçün bu cinsə böyük təlabat var. Heyvandarlar deyirlər ki, qulluq xərclərinin az olması, iqlim amillərinə tez adaptasiya olması baxımından əlverişlidir. Üstəgəl, parazitar xəstəliklərə qarşı dözümlü, istənilən otlaq şəraitən uyğunlaşır, sərt iqlim şəraitində belə “kefini pozmur”. Dünyanın əksər ölkələrində əhalinin ətə olan təlabatının təmin edilməsi üçün baş sayı artırılır. Baş sayına görə ən çox CAR-dadır, 7 milyon baş dorper cinsli qoyun saxlanır. Proqnozlara görə, yaxın illərdə ətlik məqsədi ilə digər ölkələrdə də yayılacaq. Yüksək iqtisadi göstəricilərinə görə, yalnız Romanov cinsindən geri qalır. “Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır