KƏND TƏSƏRRÜFATI

Hacıqabulda 2 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
22 MAY
80

Hacıqabulda 2 min hektardan çox sahədə yazlıq bitkilər əkilib

2019-05-22 17:27:00

Hacıqabulda cari ilin məhsulu üçün yazlıq bitkilər əkini davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a verilən məlumata görə, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları ilin ötən 4 ayı ərzində 2814 hektar sahədə yazlıq bitkilər əkini aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur. Əkin aparılmış sahələrin 156,8 hektarını çuğundur, 611 hektarını yonca, 46 hektarını kartof, 407 hektarını tərəvəz, 695 hektarını bostan bitkiləri, 400 hektarını pambıq, 14 hektarını isə kələm bitkisi təşkil edir. Rayonda yazlıq bitkiləri əkini davam edir. Qeyd edək ki, yaz tarla işlərinə rayon üzrə ümumilikdə 1532 nəfər işçi cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263