KƏND TƏSƏRRÜFATI

Biləsuvarda dörd ay ərzində süni mayalanma yolu ilə 221 baş buzov alınıb
22 MAY
164

Biləsuvarda dörd ay ərzində süni mayalanma yolu ilə 221 baş buzov alınıb

2019-05-22 17:13:00

Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir.

Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, hazırda rayonda 4 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və bu ilin 4 ayı ərzində bu məntəqələrin mütəxəssisləri tərəfindən ötən il mayalanma aparılmış 554 baş inək və düyədən 221 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 2 min 100 manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda Biləsuvarın heyvandarlıq təsərrüfatlarında 40 min başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257