KƏND TƏSƏRRÜFATI

Saatlıda bu vaxtadək 52,4 ton yun istehsal olunub
16 MAY
108

Saatlıda bu vaxtadək 52,4 ton yun istehsal olunub

2019-05-16 15:42:00

Saatlıda qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. Hazırda onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.

Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda rayonun təsərrüfatlarında 115 min 206 baş qoyun-keçi bəslənilir. Bu da ötən ildəkindən xeyli çoxdur. Qoyunun əti və südü kimi, yunu da yüksək qiymətə satılır. Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. İndiyədək fermerlər bəslədikləri qoyundan ümumilikdə 52,4 ton yun qırxıblar. Hər qoyundan orta hesabla 1,2 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,1 kiloqram olub.

Uzun illər qoyunçuluqla məşğul olan Əliəhmədli Kəndli Fermer təsərrüfatının rəhbəri Xankişi Əhmədov rayon üzrə yun istehsalında ən yüksək nəticə qazanıb. Təsərrüfat rəhbəri bəslədiyi qoyunların hər birindən 1,4 kiloqramdan çox yun əldə edir.

Hazırda rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262