KƏND TƏSƏRRÜFATI

Öz işinə başladı - FOTO
16 MAY
234

Öz işinə başladı - FOTO

2019-05-16 10:05:00

Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi,13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı,Xəzər Beynəlxalq Qablaşdırma,Tara,Etiket və Poliqrafiya,13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayıb.

Fins.az-ın məlumatına görə, sərgilər 32 ölkəni təmsil edən 440 şirkəti,eləcə də 11 milli və regional qrupu bir araya gətirib.Ötən illə müqayisədə sərgilərin ekspozisiya sahəsi 20 faiz artıb. Eksponentlərin 70 faizini xarici şirkətlər təşkil edir. Mayın 15-də Prezident İlham Əliyev də sərgilərlə tanış olub. Sərgi bu gün öz işini davam etdirir, giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır