KƏND TƏSƏRRÜFATI

Rayonlarda yaz-tarla işləri davam etdirilir
14 MAY
75

Rayonlarda yaz-tarla işləri davam etdirilir

2019-05-14 12:53:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri davam etdirilir.

Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə aqrotexniki qulluq göstərirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov Fins.az bildirib ki, indiyədək 8086,7 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 6 hektarı yazlıq buğda, 682,5 hektarı şəkər çuğunduru, 873 hektarı təzə yonca, 1915,3 hektarı dən üçün günəbaxan, 3427 hektarı pambıq, 374 hektarı kartof, 693,8 hektarı tərəvəz və digər bitkilərdir. Hazırda rayonda ötən ilin payızında səpilmiş taxıla dən suyu verilir, pambıq tarlalarında və digər yazlıq əkinlərdə becərmə işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264