KƏND TƏSƏRRÜFATI

Bu il Qazaxda 8 ton yaş barama istehsalı proqnozlaşdırılır
14 MAY
67

Bu il Qazaxda 8 ton yaş barama istehsalı proqnozlaşdırılır

2019-05-14 12:40:00

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramına uyğun olaraq Qazax rayonunda da bu sahənin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür.

Fins.az xəbər verir ki, rayonda barama istehsalı 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram olub. Ötən il isə kümçülər tərəfindən 5000 kiloqram yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kiloqram yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Bu il qazaxlı kümçülər tərəfindən 8 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263